İdman

Braziliyalı qapıçı “Zirə”də

Metbuat.az

“Zirə” yeni futbolçuyla anlaşıb.

Metbuat.az xəbər verir ki, komanda braziliyalı Maykon Kleytonu heyətinə qatıb.

Qapıçıyla 2 illik müqavilə bağlanılıb.

İyirmi yeddi yaşlı futbolçu daha əvvəl ölkəsinin “Santa Kruz”, “Redd Bull Braqantino”, “Vitorio”, “Seara” və Portuqaliyanın “Portimonense” klublarında çıxış edib.