“Beşiktaş”ın ulduzu dünya çempionatında qol vurdu
2026 FIFA Dünya Çempionatının A qrupunda maraqlı anlar yaşanıb.
Metbuat.az xəbər verir ki, Qvadalaxarada baş tutan qarşılaşmada Cənubi Koreya ilə Çexiya yığmaları üz-üzə gəlib.
Gərgin keçən matçın 59-cu dəqiqəsində Krejçinin qolu ilə Çexiya hesabı açsa da, Koreya komandası 67-ci dəqiqədə İnhvom Hvanın sayəsində tarazlığı bərpa edib.
Qarşılaşmanın 69-cu dəqiqəsində Heun Min Sonu əvəzləyərək meydana daxil olan İstanbulun “Beşiktaş” klubunun hücumçusu Hyon-Qyu Oh matçın taleyini həll edib. Ağ-qaralıların ulduz futbolçusu oyuna hərəkətlilik gətirərək 80-ci dəqiqədə komandasının qələbə qoluna imza atıb. Bu kritik qol sayəsində Cənubi Koreya rəqibini 2:1 hesabı ilə məğlub edərək turnirdəki ilk 3 xalını qazanıb.
Cənubi Koreya qrupda növbəti oyununu iyunun 19-da ev sahibi Meksikaya qarşı keçirəcək.