İdman

“Beşiktaş”da italiyalı məşqçi:

“Hə” dedi

Metbuat.az

Yeni baş məşqçi axtarışlarını sürətləndirən “Beşiktaş” rəhbərliyi İtaliyanın tanınmış mütəxəssisi Vinçenzo İtaliano ilə prinsipial razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Xəbərdə “Beşiktaş”ın futbol şəbəsinin müdiri Önder Özenin təcrübəli mütəxəssislə danışıqlar apardığı və qarşı tərəfdən müsbət cavab aldığı vurğulanıb.

Qeyd edək ki, 48 yaşlı Vinçenzo İtaliano ölkəsinin “Trapani”, “Spetsiya”, “Fiorentina” və “Bolonya” kimi məşhur klublarında baş məşqçi vəzifəsində çalışıb. Onunla bağlı yekun qərarı “Beşiktaş”ın prezidenti Serdar Adalının verəcəyi gözlənilir.