İdman
“Barselona” Flikin yerinə bu məşqçini istəyir
“Barselona” gələcəkdə baş məşqçi postu üçün əsas namizədlərdən biri kimi Sesk Fabreqası nəzərdən keçirir.
Metbuat.az xəbər verir ki, Kataloniya klubu hazırda “Komo 1907”ni çalışdıran Fabreqası Hansi Flikin mümkün varisi kimi görür. AS nəşrinin məlumatına görə,“Barselona” rəhbərliyi 2028-ci ildə baş tuta biləcək mümkün təyinatla bağlı artıq ilkin təmaslar da qurub.
Məlumata əsasən, bir neçə ay əvvəl klub rəhbərliyi “Komo” ilə də Fabreqasın gələcəyi barədə müzakirələr aparıb. Qeyd edək ki, Hansi Flikin “Barselona” ilə müqaviləsi 2028-ci ildə başa çatır.