İdman

Azərbaycan millisinin futbolçusu əməliyyat olundu

Metbuat.az

"Sabah"ın və Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev əməliyyat olunub.

Metbuat.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib.

Madrid şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.