İdman

Azərbaycan millisi yarımfinala yüksəldi -

Avropa çempionatı

Metbuat.az

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Metbuat.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Çexiyanı məğlub edib.

"Tipos Arena"da keçirilən qarşılaşma 5:2 hesabı ilə bitib.

Raundun digər matçlarında Macarıstan Bolqarıstanı (4:0), Ukrayna Gürcüstanı (4:0), Serbiya Rumıniyanı (6:4) məğlub edib.