6-cı dəfə dünya çempionatına qatılacaq
Meksika yığma komandasının 2026-cı il FIFA Dünya Çempionatı üçün yekun heyəti açıqlanıb. Heyətdə ən diqqət çəkən məqam isə təcrübəli qapıçı Gilyermo Oçoa (Guillermo Ochoa) ilə bağlı qəbul edilən qərar olub.
Metbuat.az xəbər verir ki, Meksikanın baş məşqçisinin seçimi ilə 40 yaşlı əfsanəvi qolkiper Gilyermo Oçoa növbəti dəfə ölkəsinin mundial heyətinə daxil edilib. Bununla da Oçoa karyerasında ardıcıl 6-cı dəfə dünya çempionatında iştirak etmək hüququ qazanaraq futbol tarixinə adını qızıl hərflərlə yazdırmağa hazırlaşır. Dünya çempionatlarının əfsanəsinə çevrilən qapıçı, Meksika millisi ilə bu nəhəng turnirdə ölkəsinin ən güclü silahlarından biri olmağa davam edəcək.
Turnirin ev sahiblərindən biri olan Meksika millisi hücum xəttində də iddialı adlarla diqqət çəkir. Komandanın hücum xəttində Sezar Uerta ("Anderlext"), Aleksis Veqa ("Toluka"), Xulian Kinones ("Əl-Qadsiyə"), Santyaqo Ximenes ("Milan") və Raul Ximenes ("Fulhem") kimi tanınmış ulduzlar yer alıb.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il Dünya Çempionatı həm də yeni formatı və genişləndirilmiş komanda sayı ilə futbolsevərlərə fərqli bir həyacan yaşadacaq.