İdman

​“Tanrı məni “Qalatasaray” üçün yaradıb”

Metbuat.az

Türkiyə nəhəngi “Qalatasaray”ın ulduz futbolçusu Viktor Osihen komandaya sevgisini ifadə edən açıqlaması ilə gündəmə gəlib. Nigeriyalı hücumçu “Qalatasaray”la arasında xüsusi bağ olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, 26 yaşlı hücumçu bu barədə klubun yutub kanalında danışıb. “Bir-birimiz üçün yaradılmışıq” deyən Osimen Türkiyədə özünü çox xoşbəxt hiss etdiyini vurğulayıb. Təcrübəli forvard azarkeşlərin sevgisinin ona əlavə motivasiya verdiyini və İstanbul təmsilçisində çıxış etməkdən qürur duyduğunu qeyd edib.

Son mövsümlərdə göstərdiyi performansla diqqət mərkəzinə düşən hücumçu “Qalatasaray”ın uğurlarında əsas pay sahibi hesab olunur. Osimenin komandadakı gələcəyi ilə bağlı müxtəlif transfer iddiaları səslənsə də, futbolçunun bu açıqlaması onun klubda qalmaq istəyinin güclü olduğunu göstərib.

Qaradərili ulduzun “Tanrı məni “Qalatasaray” üçün yaradıb” sözləri sosial şəbəkələrdə böyük rezonans doğurub.