İdman
"Qalatasaray"ın ulduzu pul davası edir -
FOTO
Ard-arda dördüncü dəfə Türkiyə çempionu olan İstanbulun "Qalatasaray" klubunda insident baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV-in yazdığına görə, sarı-qırmızılı komandanın ulduz futbolçusu Mario Lemina şərəfini qoruduğu klubla müqaviləni uzatmağa tələsmir. Buna səbəb təcrübəli müdafiəçinin maaşını ikiqat artırmağı tələb etməsidir.
Ulduz futbolçunun məqsədinə çatmayacağı təqdirdə İstanbul klubu ilə yollarını ayıracağı istisna olunmur. Türkiyə mediası Mario Leminanın Səudiyyə Ərəbistanı və Qətərdən ciddi təkliflər aldığını yazıb.
Qeyd edək ki, Lemina "Qalatasaray"ın heyətində iki dəfə Türkiyə çempionu, bir dəfə isə Türkiyə Kubokunun sahibi olub.