İdman

"Neftçi" "Karvan-Yevlax"la qarşılaşacaq

Metbuat.az

Misli Premyer Liqasında XXX tura bu gün yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, son oyun günündə bir matç keçiriləcək.

"Neftçi" "Karvan-Yevlax"ın qonağı olacaq.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 16:00-da start götürəcək.

"Neftçi" hazırda 47 xalla beşinci pillədə qərarlaşıb. Sonuncu - 12-ci sıradakı "Karvan-Yevlax"ın 14 xalı var.