İdman

Minifutbol yığması "Millətlər Liqası" turnirinin qalibi oldu

Metbuat.az

Azərbaycanın minifutbol millisi Monteneqroda keçirilən "Millətlər Liqası" turnirinin qalibi olub.

Azərbaycan Minifutbol Federasiyasından Metbuat.az-a verilən məlumata görə, komanda Qazaxıstan və Monteneqro millilərinin iştirakı ilə keçirilən yarışda birinci olub.

Yığma üzvlərindən Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, İsa Atayev isə ən məhsuldar futbolçusu seçilib.