İdman
Günün futbol qrafiki
Bu gün Misli Premyer Liqasında XXXI tura iki oyunla yekun vurulacaq.
Metbuat.az xəbər verir ki, günün ilk matçında avrokuboku rəsmiləşdirməyin bir addımlığında olan "Turan Tovuz"la autsayder "Karvan-Yevlax" üz-üzə gələcək.
Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Tura "Neftçi" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun "Palms Sports Arena"da, saat 19:30-da start götürəcək.
"Turan Tovuz" 56 xalla üçüncü, "Neftçi" isə 50 xalla dördüncü sırada yer alıb. 35 xala malik "Şamaxı" səkkizinci sırada qərarlaşıb. "Karvan-Yevlax" isə 14 xalla sonuncu - onikincidir.