İdman

​Dünya çempionatının başlanmasına 1 ay qaldı

Metbuat.az

Dünya Çempionatı-2026-nın başlanmasina 30 gün qalıb.

Metbuat az xəbər verir ki, futbol tarixində ilk dəfə üç ölkədə təşkil olunan turnir iyunun 11-də start gotürəcək. Çempionatın ilk oyunu Meksikanın məşhur "Siti" stadionunda Meksika və Cənubi Afrika komandaları arasında keçiriləcək. Turnirə 6 həftəlik mübarizədən sonra iyulun 19-da Nyu Yorkdakı "Nyu Cersi" stadionunda yekun vurulacaq.

Qeyd edək ki, Dünya Çempionatı-2026-da 48 ölkə iştirak edir. Altı həftə ərzində 104 oyun keçiriləcək. Qarşılaşmaların 78-i ABŞ-də baş tutacaq. Oyunlar 16 stadionda təşkil olunacaq. Bu stadionlar arasında ən boyüyü ABŞ-da 94 min tamaşaçı tutumuna malik "Dallas" stadıonudur.