İdman
"Barselona" ulduz futbolçunu göndərir
"Barselona" və Robert Levandovski arasında yeni müqavilə ilə bağlı aparılan danışıqlar dayandırılıb.
Metbuat.az xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər arasında razılıq əldə olunmadığı üçün polşalı hücumçunun yayda komandadan ayrılacağı gözlənilir. Əgər tərəflər yeni şərtlər üzərində razılığa gəlməsələr, futbolçu klubu azad agent statusunda tərk edəcək.
Hazırda təcrübəli forvarda Səudiyyə Ərəbistanı, ABŞ və İtaliya klublarının maraq göstərdiyi bildirilir. Lakin futbolçunun yüksək maliyyə tələbləri transfer prosesində əsas amillərdən biri kimi qiymətləndirilir.
Xatırladaq ki, 2022-ci ildən "Barselona"da çıxış edən 35 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi bu ilin iyun ayının sonunda başa çatır.