İdman

“Arsenal” 22 illik həsrətə son qoydu

Metbuat.az

“Arsenal” 22 ildən sonra İngiltərə Premyer Liqasının qalibi olub.

Metbuat.az xəbər verir ki, çempionluq yarışı XXXVII turda “Bornmut” – “Mançester Siti” matçından sonra rəsmiləşib. Qarşılaşmanın 1:1 hesabı ilə başa çatması “Arsenal”ın vaxtından əvvəl titulu təmin etməsinə səbəb olub.

London təmsilçisi hazırda 82 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Mançester Siti” isə 78 xalla ikinci pillədə yer alır. Mövsümün sonuna bir tur qalsa da, “şəhərlilər”in rəqibini keçmək şansı qalmayıb.

Beləliklə, “Arsenal” 2003/04 mövsümündən sonra ilk dəfə İngiltərə çempionu adına sahib çıxıb. Həmin mövsümdə London klubu Premyer Liqanı məğlubiyyətsiz başa vurmuşdu.

Qeyd edək ki, bu, “Arsenal”ın tarixində 14-cü çempionluqdur. İngiltərədə ən çox çempion olan komandalar isə 20 titulla “Mançester Yunayted” və “Liverpul”dur.