İdman

​Arda Güler dünya çempionatında oynamayacaq?

Metbuat.az

"Real Madrid"in türkiyəli ulduzu Arda Güler səhhətindən danışıb. Bir müddət əvvəl zədələnən yarımmüdafiəçi dünya çempionatnı buraxacağına dair iddialara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, TRT-nin suallarını cavablandıran Güler səhhətinin tədricən qaydasına düşdüyünü deyib. 21 yaşlı futbolçu iyunun 11-də start götürəcək dünya çempionatında forma geyinəcəyinə şübhə etmədiyini bildirib:

"Hər ötən gün özümü bir az daha yaxşı hiss edirəm. Komandada ailə mühiti var. İndi bizi ancaq ard-arda qələbə qazanıb azarkeşlərimizi sevindirmək düşündürür. Heyətimiz təcrübəli futbolçulardan formalaşıb. Türk xalqının üzünü güldürəcəyik".