İdman

"Real" "Qalatasaray"ın həmləsini boşa çıxardı

Metbuat.az

“Real Madrid” Antonio Rüdigerlə yeni müqavilə imzalamaqda maraqlıdır.

Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçunu klubda saxlayacaq. “Real”ın futbolçu ilə 1 illik yeni müqavilə imzalaya biləcəyi irəli sürülür. Qeyd edək ki, 2022-ci ildən “Real”da çıxış edən Antonio Rüdigerin mövsümün sonunda klubu tərk edə biləcəyi barədə iddialar dərc edilmişdi.

Avropanın bir sıra klublarının, o cümlədən “Qalatasaray”ın futbolçunun xidmətində maraqlı olduğu iddia edilmişdi.