İdman

"Real"ın istədiyi futbolçu seçimini etdi

Metbuat.az

“Liverpul” müdafiə xətti ilə bağlı vacib addım atmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, İngiltərə klubu fransalı mərkəz müdafiəçisi İbrahima Konate ilə yeni müqavilə bağlamağa yaxındır. Məşqçi heyəti Konatenin fiziki gücünü və hava toplarında üstünlüyünü yüksək qiymətləndirir.

Qeyd edək ki, İbrahima Konatenin hazırkı müqaviləsi mövsümünün sonunda başa çatırdı və onun gələcəyi ilə bağlı müxtəlif transfer iddiaları gündəmdə idi. Konatenin adı bir müddət “Real Madrid”lə hallanıb.