"Real" Arda barədə seçimini etdi
“Real Madrid”də çıxış edən Arda Güler bu mövsüm göstərdiyi performansla klubun gələcək planlarında əsas fiqurlardan birinə çevrilib.
Metbuat.az xəbər verir ki, klubun məşqçilər korpusu gənc futbolçunun həm texniki, həm də taktiki inkişafından məmnun qalır və onun böyük oyunlarda özünü sübut etdiyini bildirir. İspaniya mətbuatında yayılan məlumatlara görə, komanda daxilində Ardanın xüsusilə son matçlarda, o cümlədən Çempionlar Liqasında “Bavariya”ya qarşı oyunda yüksək səviyyəli performans göstərdiyi qeyd olunur. Məşqçilər heyəti onun yaradıcılıq qabiliyyətini və hücum xəttinə verdiyi töhfəni yüksək qiymətləndirir və futbolçunun “Real Madrid” layihəsinin vacib hissəsi olduğunu vurğulayıb. Bildirilir ki, klub rəhbərliyi Ardanın daha stabil şəkildə əsas heyətdə yer alması üçün planlar hazırlayır.
Qeyd edək ki, Arda Güler Çempionlar Liqasında “Bavariya” ilə oyunda iki dəfə fərqlənsə də, “Real Madrid” ümumi hesabda 4-6 hesabı ilə məğlub olaraq turnirdən kənarda qalıb.