İdman

"Qarabağ" "Neftçi"yə qalib gəldi -

YENİLƏNİB

Metbuat.az

"Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.

Metbuat.az xəbər verir ki, XXIX turun oyunu 5:1 hesabı ilə yekunlaşıb.

Ağdam təmsilçisinin qollarını 9 və 32-ci dəqiqələrdə Musa Qurbanlı, 38-ci dəqiqədə Joni Montiel, 68-ci dəqiqədə Leandro Andrade, 90+3-cü dəqiqədə Emmanuel Addai fərqlənib.

Meydan sahiblərindən Elvin Bədəlov 21-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. "Ağ-qaralar" 44 xalla beşinci sıradadır.

Günün ilk matçında "Şamaxı" "Kəpəz"ə qali əb gəlib - 2:0..

Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.

19:31

Premyer Liqada 29-сu turun oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, mərkəzi oyunda “Neftçi” “Qarabağ”la qarşılaşır.

Hazırda hesab: 1:2