İdman
Mundiala getməsək ölkəni tərk edəcəyəm demişdi
İtaliya millisinin Dünya Kubokundan kənarda qalmasından sonra komandanın məşqçisi Gennaro Qattuzonun dediyi sözlər xatırlanıb.
Metbuat.az xəbər verir ki, 59 milyon əhalisi olan İtaliya komandasının məşqçisi Gennaro Qattuzo, "Dünya Kubokuna vəsiqə qazanmasaq, çantalarımı yığıb İtaliyanı tərk edəcəyəm. Çox uzağa gedəcəyəm" açıqlamasını vermişdi. İndi italyanlar məşqçinin sözünə əməl edib-etməyəcəyini müzakirə edir.
Qeyd edək ki, FİFA Dünya Kuboku seçmə mərhələsinin pley-off finalında Bosniya və Herseqovina - İtaliya matçının əsas və əlavə vaxtı 1-1 hesabı ilə yekunlaşıb. Penaltilərdə isə Bosniya və Herseqovina 4-1 hesabı ilə qalib gələrək, mundiala vəsiqə qazanıb.