İdman

Klopp "Real"a türk futbolçu ilə bağlı tələb irəli sürdü

Metbuat.az

Jürgen Klopp “Real Madrid”i çalışdırmağa razılıq verib.

Metbuat.az xəbər verir ki, Kloppun “Real”da işləmək üçün şərtlər irəli sürdüyü iddia edilir. Bildirilir ki, Klopp klub rəhbərliyindən heyətin gücləndirilməsini tələb edib. O, komandada görmək istədiyi futbolçuların siyahısını da təqdim edib. Siyahıda Noa Atubolu, Niko Şlotterbek, Rodri, Aleksis Mak Allister və Kenan Yıldız yer alır. Qeyd olunur ki, bu transferlərin reallaşması ciddi maliyyə tələb edir.

“Real Madrid” rəhbərliyinin isə bu tələblərə necə cavab verəcəyi hələlik bəlli deyil.