İdman
İranla bağlı son söz deyildi
FİFA prezidenti Canni İnfantino İran millisinin 2026-cı il dünya çempionatında iştirak edəcəyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, o, təşkilatın konqresində çıxışı zamanı İran yığmasının turnirdə mütləq yer alacağını bildirib.
“Əlbəttə, İran millisi də iştirak edəcək. Komanda ABŞ-də oynayacaq. Səbəb çox sadədir: biz insanları birləşdirməliyik. Bu mənim məsuliyyətimdir, bu bizim məsuliyyətimizdir”, – deyə İnfantino qeyd edib.