İranın əvəzinə Dünya Kubokunda bu milli iştirak etsin -
Təklif
ABŞ tərəfdən 2026 Dünya Kuboku ilə bağlı diqqətçəkən təklif irəli sürülüb.
Metbuat.az xəbər verir ki, Prezident Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli FIFA-ya müraciət edərək İranın turnirdən çıxarılıb yerinə İtaliyanın daxil edilməsini təklif edib. Bu ideyanın həm siyasi, həm də diplomatik məqsədlər daşıdığı bildirilir. Məlumata görə, təklif ABŞ ilə İtaliya arasında yaranmış gərginliyi azaltmaq üçün irəli sürülüb. Paolo Zampolli bu fikri həm Donald Trampa, həm də FIFA prezidenti Canni İnfantinoya çatdırdığını bəyan edib. O bildirib ki, İtaliya 4 qat dünya çempionu kimi turnirdə iştirak etməyə layiq komandadır.
Qeyd edək ki, İtaliya millisi pley-offda Bosniya və Herseqovinaya uduzaraq Dünya Kubokuna vəsiqə qazana bilməyib. İran millisi əvvəlcə təhlükəsizlik məsələlərini əsas gətirərək, Dünya Kubokunda iştirakdan imtina etdiyini açıqlasa da, sonra fikrindən daşınıb. Qaydalar baxımından İranın yerinə başqa komandanın qatılması yalnız xüsusi hallarda mümkündür və bu da real görünmür.