İkardi əsas heyətdə -
Azarkeşlərin üzü gülür
Sabah Türkiyə Kuboku uğrunda mübarizədə növbəti mərhələyə start veriləcək. İstanbulun “Qalatasaray” klubu doğma meydanda paytaxt təmsilçisi “Genclerbirliyi”ni qəbul edəcək.
Metbuat.az xəbər verir ki, uzun müddətdən bəri ehtiyat oyunçular skamiyasında əyləşən argentinalı ulduz Mauro İkardi meydana əsas heyətdə çıxacaq. Baş məşqçi Okan Buruk Türkiyə çempionatının 30-cu turunda oyunun 2-ci dəqiqəsində fərqlənməyi bacaran 33 yaşlı hücumçuya növbəti dəfə şans verəcək. Sarı-qırmızılı komandanın səhhətində problem olan nigeriyalı ulduzu Viktor Osimen isə matçı tribunadan izləyəcək.
Okan Burukun argentinalı ulduza növbəti dəfə etimad göstərməsi azarkeşlərin üzünü güldürüb.
Qeyd edək ki, Mauro İkardi 4 ildir İstanbul klubunun şərəfini qoruyur. “Qalatasaray”ın üç dəfə ard-arda Türkiyə çempionu olmasında argentinalı futbolçunun xidmətləri danılmazdır. Türkiyədə yüz minlərlə uşağın “Qalatasaray” tərəfdarı olmasında 33 yaşlı ulduzun böyük payı var.