Canluici Buffondan sürpriz qərar
İtaliya futbolunda yaşanan uğursuz nəticələrdən sonra daha bir istefa gündəm olub.
Metbuat.az xəbər verir ki, Canluici Buffon İtaliya millisində delegasiya rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb. Bu qərar Qabriele Qravinanın federasiya prezidentliyindən ayrılmasından sonra verilib.
Bildirilib ki, İtaliya yığmasının Bosniyaya məğlub olaraq ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsi ölkədə ciddi narazılıq yaradıb.
Buffon sosial şəbəkə hesabında paylaşdığı açıqlamada istefanın qaçılmaz olduğunu vurğulayıb. O qeyd edib ki, əsas məqsəd millini yenidən dünya çempionatına çıxarmaq olsa da, bu hədəfə çatmaq mümkün olmayıb.
Veteran futbolçu həmçinin bildirib ki, artıq yeni şəxslərin öz komandalarını formalaşdırması üçün yol açılmalıdır və o, gələcəkdə də İtaliya millisinə dəstəyini davam etdirəcək.