İdman
Avropa nəhəngləri "Qalatasaray"ın ulduzlarına elçi düşdü
Avropa nəhəngləri "Qalatasaray"in ulduzlarının xidmətində maraqldır.
Metbuat.az xəbər verir ki, bu iddia ilə İspaniya mediası çıxış edib. Xarici KİV "Bayer Münhen", "Yuventus" və "İnter"in təmsilçilərinin aprelin 26-da keçirilən "Qalatasaray"-"Fənərbaxça" matçını izlədiklərini yazıb.
Avropanın böyük klublarının heyətinə qatmaq istədiyi futbolçuların adları məlum olub. İspaniya mətbuatı həmin futbolçuların Viktor Osimen, Barış Alper Yılmaz və Uğurcan Çakır olduğunu eyd edib.
Məlumatlara görə, "Qalatasaray" rəhbərliyi Viktor Osimen üçün 120 milyon avro qiymət müəyyən edib.