İdman
Osimhenlə bağlı qərar verildi
PSJ Viktor Osimhenlə bağlı son qərarını verib.
Metbuat.az xəbər verir ki, Fransa nəhənginin transferdən geri çəkildiyi iddia edilir. Fransa mətbuatında dərc edilən xəbərə görə, “Qalatasaray” PSJ-nin idman direktoru Luis Kamposla danışıqlar aparıb. Kampos PSJ-yə Osimhenin alınmasını tövsiyə edən hesabat təqdim edib. Klub rəhbərliyi isə Osimhenin transferinin çox baha olduğunu bildiriblər.
Bildirilib ki, "Qalatasaray" Osimhen üçün PSJ-dən 150 milyon avro transfer haqqı, Osimhen isə illik 20 milyon avro maaş tələb edib.