İdman
Osimhen “Liverpul” matçında kövrəldi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən "Qalatasaray" - “Liverpul” matçında emosional anlar yaşanıb.
Metbuat.az xəbər verir ki, start fitindən əvvəl "Qalatasaray" azarkeşləri Viktor Osimhen və mərhum anasının xatirəsinə emosional xoreoqrafiya həsr ediblər. Həmin görüntü futbolçunu kövrəldib. Qeyd edək ki, qarşılaşma "Qalatasaray"ın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.