İdman

Məşhur futbolçu bu kluba transfer oldu

Metbuat.az

ABŞ-nin MLS təmsilçisi "Orlando Siti" klubu "Atletiko Madrid"in hücumçusu Antuan Qrizmanın transferini elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə Orlando klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə bağlanmış müqavilə mövsümün sonunda qüvvəyə minəcək. Razılaşma 2027/2028 mövsümünün sonuna qədər nəzərdə tutulub və müqavilənin daha bir il uzadılması imkanı da var.