İdman

Mahirdən qələbə gətirən qol

Metbuat.az

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniya II Bundesliqası təmsilçisi "Kayzerslautern" XXVI turda qələbə qazanıb.

Metbuat.az xəbər verir ki, doğma meydanda "Karlsrue"ni qəbul edən komanda 3:0 hesablı qələbəyə sevinib.

Mahir Emreli qarşılaşmanın 90+4-cü dəqiqəsində komandasının üçüncü qolunu vurub.

Qeyd edək ki, "Kayzerslautern" turnir cədvəlində 40 xalla yeddinci yerdədir.