İdman

Madrid klubu "Fənərbaxça"nın ulduzunu istəyir

Metbuat.az

"Atletiko Madrid" klubu "Fənərbaxça"nın müdafiəçisi Arçi Braunun xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi futbolçunun transferini nəzərdən keçirir.

Qeyd edək ki, Arçi Braun "Gent"dən 8 milyon avro ilə "Fənərbaxça"ya transfer edilib. Futbolçunun "Fənərbaxça" ilə müqaviləsi 2028-ci ildə yekunlaşır. Arçi Braun bu mövsüm Türkiyə nəhənginin heyətində 30 oyunda 4 dəfə fərqlənib, 6 məhsuldar ötürmə edib.