İdman
"Barselona" və "Qalatasaray" bu futbolçu üçün savaşır
"Barselona" "Mançester Siti"nin futbolçusu Omar Marmuşu transfer etməkdə maraqlıdır.
Metbuat.az xəbər verir ki, İspaniya klubu Omar Marmuşu “Atletiko Madrid”in futbolçusu Xulian Alvaresin alternativi hesab edir. Məlumata görə, "Barselona" Xulian Alvaresi transfer edə bilməsə, Omar Marmuş üçün hərəkətə keçə bilər.
Qeyd edək ki, Omar Marmuş “Mançester Siti"yə ötən il transfer olub. Futbolçu 49 oyunda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyərinin 65 milyon avro olduğu bildirilir. Omar Marmuşun adı "Qalatasaray"la da hallanıb.