İdman

Avropa klubu “Fənərbaxça”nın məşqçisini istəyir

Metbuat.az

“Fənərbaxça”nın məşqçisi Domeniko Tedesko barədə yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, Türkiyə Super Liqasında xal itkilərindən sonra rəhbərlik məşqçi ilə danışıqlar aparıb və onunla davam etmək qərarına gəlib. İddialara görə, məşqçinin yeni mövsümdə klubda qalıb-qalmayacağına əldə etdiyi uğurlara görə qərar veriləcək. bilər. "Football Italia" nəşrinin iddiasına görə, İtaliyanın "Fiorentina" klubu Tedesko ilə danışıqlar aparıb.

Xəbərdə deyilir ki, uğursuz oyunlar nümayiş etdirən "Fiorentina" yeni mövsümə güclü heyət və yeni məşqçi ilə başlamaq istəyir. Klub rəhbərliyinin Tedeskonu xidmətində maraqlı olduğu bildirilir.