İdman
"Atletiko" "Barselona"nın istədiyi futbolçu barədə qərar verdi
"Atletiko" klubu futbolçusu Xulian Alvaresin müqaviləsini yaxşılaşdırmaq niyyətindədir.
Metbuat.az xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi hücumçunu komandada saxlamaq üçün ona daha yüksək maaşla yeni sözləşmə təklif etməyə hazırlaşır. Forvard hazırda ildə təxminən 7 milyon avro əməkhaqqı alır. Yeni razılaşmada bu rəqəmin 9+1 milyon avroya qədər artacağı gözlənilir.
Qeyd edək ki, Xulian Alvares "Barselona" və İngiltərə təmsilçisi "Arsenal" da daxil olmaqla bir neçə böyük klubun diqqət mərkəzindədir.