İdman
Arda Turan tarix yazır
UEFA Konfrans Liqasının 1/8 final mərhələsində Arda Turanın rəhbərlik etdiyi "Şaxtyor Donetsk" "Lex Poznan"ı məğlub edərək 1/4 finala yüksəlib.
Metbuat.az xəbər verir ki, Polşada keçirilən Konfrans Liqasının 1/8 final mərhələsinin ikinci oyununda Ukrayna komandası 2-1 hesabı ilə məğlub olub. Lakin ilk oyunda 2-0 hesabı ilə qalib gələn "Şaxtyor Donetsk" 1/4 finala vəsiqə qazanıb. Bununla da, 2019-2020 mövsümündən bəri ilkə imza atan "Şaxtyor Donetsk" 1/4 finalda "AZ Alkmaar"la qarşılaşacaq.
Qeyd edək ki, "Şaxtyor Donetsk" 2019-2020 mövsümündən bəri UEFA yarışlarının 1/4 finalına yüksələn ilk Ukrayna komandasıdır.