İdman

"Real" "Mançester Siti"nin ulduzuna elçi düşdü

Metbuat.az

"Real Madrid" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, “Real” transferi mövsümün sonunda həyata keçirmək istəyir. Əgər yarımmüdafiəçi diz zədəsini tam bərpa edərsə "Real" onun üçün 50 milyon avro ödəməyə razıdır.

Qeyd edək ki, Rodrinin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ildə yekunlaşır.