İdman
"Real"da futbolçular Ardaya qarşı üsyan qaldırdı
“Real Madrid”in futbolçusu Arda Güler barədə yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, Ardanın bəzi futbolçular tərəfindən qəbul edilmədiyi iddia edilib. Bu barədə Arda Güleri "Fənərbaxça" klubuna gətirən skaut Serhat Pekmezci açıqlama verib. O bildirib ki, “Real”ın bəzi futbolçuları Ardanı qəbul etmirlər. Serhat Pekmezci “Real”da bəzi futbolçuların nüfuzuna diqqət çəkib və Ardanın bəzi münasibətlərə üsyan etdiyini ifadə edib.
Qeyd edək ki, Çempionlar Liqasında "Real Madrid"in "Benfika"ya 2-4 hesabı ilə uduzduğu matçda Arda Güler əvəzləndiyi zaman reaksiyası ilə yadda qalmışdı. Arda ehtiyat oyunçular skamyasına tərəf gedərkən qollarını açıb və "Həmişə mən, həmişə mən" - deyib.