İdman

“Qarabağ” - “Nyukasl” matçına satılan bilet sayı açıqlandı

Metbuat.az

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda baş tutacaq “Qarabağ” - “Nyukasl” (İngiltərə) matçına 27 500 bilet satılıb.

Metbuat.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Xatırladaq ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.