İdman

"Qalatasaray"ın ulduzları Avropa nəhənglərinin hədəfində

Metbuat.az

Almaniya, İspaniya və İngiltərənin böyük klubları "Qalatasaray"ın ulduz futbolçularının xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib.

Yerli KİV yazıb ki, sarı-qırmızılı klubun üç ulduzu - Barış Alper Yılmaz, Yunus Akgün və Sinqo Avropa nəhəngləri tərəfindən nəzarətə götürülüb. Avropanın ən azı 10 aparıcı komandasının nümayəndəsi "Qalatasaray"in "Yuventus"la oyununu izləyəcək.

Türkiyə KİV-i yazıb ki, real təklif olsa, İstanbul təmsilçisi müzakirə masası arxasında əyləşməyə hazırdır. "Qalatasaray"ın bu futbolçuları satıb böyük məbləğdə vəsait əldə etmək niyyətində olduğu bildirilir.