İdman

​Osimen Avropaya damğa vurdu

Metbuat.az

“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimen mükəmməl oyunu ilə təkcə Türkiyədə deyil, Avropada da diqqətləri öz üzərinə çəkib.

Mətbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin heyətində Çempionlar Liqasında 8 matça çıxan qaradərili ulduz rəqib qapılarından 7 qol keçirməyi bacarıb.

Hazırda o, Çempionlar Liqasında ən çox qol vuran oyunçuların siyahısında Halandla birlikdə dördüncü sırada qərarlaşıb. Osimen forma geyindiyi 8 matçın döşündə "ən yaxşı oyunçu" tituluna layiq görülüb.

Qeyd edək ki, 26 yaşlı Viktor Osimen bu uğurları ilə adını həm də "Qalatasaray"ın tarixinə yazdırıb. Nigeriyalı ulduz hazırda sarı-qırmızılı forma ilə Çempionlar Liqasında ən çox qol vuran futbolçudur.