İdman
Holannın oynamaq istədiyi klub bilindi
Erlinq Holann "Mançester Siti"dən ayrılacağı təqdirdə La Liqada oynamaq istəyir.
Metbuat.az xəbər verir ki, Holann "Barselona" və ya "Real Madrid"ə transfer olmaq istəyir. Məlumata görə, hücumçunun müqaviləsində sərbəst qalma bəndinin olduğu iddia edilir və həm "Barselona", həm də "Real Madrid" gələcəkdə onu transfer etmək ehtimalını nəzərdən keçirir.
Qeyd edək ki, 4 il əvvəl “Borrusiya Dortmund”dan "Mançester Siti"yə transfer olan Erlinq Holann, 183 matçda 153 dəfə fərqlənib. Onun "Mançester Siti" ilə müqaviləsi 2034-cü ildə yekunlaşır.