İdman

Günün futbol qrafiki

Metbuat.az

Misli Premyer Liqasında XX turun daha iki oyunu bu gün keçiriləcək.

Metbuat.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Kəpəz"lə üz-üzə gələcək.

Yevlax şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək. "Ağ-qaralar" 27 xalla 7-ci, Gəncə klubu 13 xalla 11-ci pillədə qərarlaşıb.

Saat 17:00-da isə "Araz-Naxçıvan" - "Sumqayıt" oyunu baş tutacaq. "Gənclik şəhəri" təmsilçisi 30 xalla 5-ci, Naxçıvan komandası 27 xalla 6-cı yerdədir.