İdman

​"Fənərbaxça"da böyük təmizlik -

Ulduz futbolçular göndərilir

Metbuat.az

"Fənərbaxça" heyətini yeni transferlərlə gücləndirəndən sonra bəzi futbolçularla yollarını ayıra bilər.

Metbuat.az xəbər verir ki, bir sıra futbolçuların heyətdən göndəriləcəyi barədə xəbərlər dərc edilib. Məlumata görə, "Fənərbaxça" mövsümün fasiləsində bir sıra oyunçu üçün çoxsaylı təkliflər alıb, lakin rəhbərlik çempionluq yarışını təhlükəyə atmamaq üçün mövsümün sonuna qədər təklifləri nəzərdən keçirməməyi qərarə alıb. "Sabah" qəzetinin məlumatına görə, "Kristal Palas" və "Roma" Ostervolde üçün təklif irəli sürüb. Rəhbərlik təklifi rədd edib. "Marsel" İsmail Yüksəklə maraqlandığını irəli sürsə də, "Fənərbaxça" razılıq verməyib. "Trabzonspor"un xidmətində maraqlı olduğu Oğuz Aydına Rusiya və Fransadan maraq olduğu iddia edilib.

Kantenin transferindən sonra Fredin klubdan göndəriləcəyi qeyd edilib. "Fənərbaxça"nın mövsümün sonunda Braun üçün aldığı təklifləri nəzərdən keçirəcəyi irəli sürülüb.