İdman

​"Beşiktaş" - "Qalatasaray" derbisi bu tarixdə olacaq

Metbuat.az

Azərbaycanlı futbol azarkeşlərinin də səbirsizliklə gözlədiyi "Beşiktaş" - "Qalatasaray" derbisinin baş tutacağı tarix bəlli olub. İstanbul nəhəngləri martın 7-də qarşılaşacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar qəbul edib. "Beşiktaş"ın stadionunda keçiriləcək matç həftənin şənbə günü oynanılacaq.

Mütəxəssislərin fikrincə, sarı-qırmızılı komanda meydandan qalıb ayrılacağı təqdirdə çempionluq yolunda böyük məsafə qət etmiş olacaq.