İdman
15 il sonra "Atletiko Madrid"dən gedir
“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeonenin dogma klubdan ayrılacağı bildirilir.
Metbuat.az xəbər verir ki, bu iddia ilə İspaniya mediası çıxış edib.
KİV-in yazdığına görə, argentinalı mütəxəssis mövsümün sonunda İtaliya təmsilçisi “İnter”ə keçəcək. Bununla bağlı tərəflər arasında gizli razılıq əldə edildiyi bildirilir.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko Madrid"in baş məşqçisi vəzifəsində çalışır. O, komandasını həm ölkə çempionu edib, həm də bir neçə Avropa kuboku qazanıb.
Dieqo Simeonenin İspaniya klubunda illik maaşı 40 milyon avrodur.