İdman

Yeni gələn Arbeloa göndərilir -

"Real"dan sərt qərar

Metbuat.az

"Real Madrid" Xabi Alonsonun yerinə Alvaro Arbeloanı təyin etməsinə baxmayaraq, artıq yeni məşqçi axtarışına başlayıb.

Metbuat.az xəbər verir ki, rəhbərlik mövsümün sonunda Arbeloanı göndərmək istəyir. Xəbərdə deyilir ki, Arbeloanın “Real”dakı işi uğurlu başlamayıb. “Real” Albasete"yə 2-3 hesabı ilə məğlub olaraq turnirdən kənarda qalıb. İspaniya Super Kuboku finalında "Barselona”ya 2-3 hesablı məğlubiyyətindən sonra bu, “Real”a ikinci zərbə olub. Arbeloanın ilk matçındakı seçimləri mübahisələrə səbəb olub.

O, Cude Bellinqhem, Kilian Mbappe və Aurelien Tşouameni kimi ulduz oyunçuları "Albacete"yə qarşı səfər oyununda ehtiyatda saxlayıb. “Cadena SER”in məlumatına görə, "Real Madrid"in yeni məşqçi axtarışı əslində Kral Kuboku matçından əvvəl başlayıb. Buna görə də, prosesin Arbeloanın ilk matçdakı performansı ilə birbaşa əlaqəli olmadığı bildirilir.