İdman

Tanınmış futbolçu "Qarabağ"da oynamaq istəyir

Metbuat.az

Macarıstan millisinin futbolçusu Atilla Osvalt Azərbaycanda oynamaq istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə AZƏRTAC-a oyunçunun meneceri məlumat verib.

O, 30 yaşlı oyunçunun xidmətlərini "Qarabağ" komandasına təklif etmək istədiyini bildirib.

Hazırda ölkəsinin "Pakş" kollektivində çıxış edən müdafiəçi Macarıstan yığmasının heyətində üç oyunda meydana çıxıb.