İdman

"Şamaxı" "Kəpəz"i məğlub etdi -

Premyer Liqa

Metbuat.az

Misli Premyer Liqasında XXIII turun növbəti oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, əvvəlcə "Kəpəz" və "Şamaxı" komandaları üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün "Sabah" səfərdə "Zirə" ilə qarşılaşıb. Bu matçda da qonaqlar sevinən tərəf olublar - 3:1.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" liderliyini möhkəmləndirib.

"Zirə" isə 29 xalla 5-ci pillədə qalıb.