İdman
"Real"da Arda böhranı -
Qəbul etmədilər
İspaniya Kral Kubokunda “Real Madrid”in səfərdə ikinci divizion komandası “Albasete”yə 2-3 hesabı ilə məğlub olması müzakirələrə səbəb olub.
Metbuat.az xəbər verir ki, “Real Madrid” azarkeşləri futbolçuları sərt tənqid edib. Məlumata görə, tənqid edilən futbolçular arasında Arda Güler də var. Azarkeşlər onun oyununu tənqid ediblər. Azarkeşlər Vinicius Juniorun da oyununu tənqid ediblər.
Qeyd edək ki, “Real”ın yeni məşqçisi Alvaro Arbeloanın seçimləri də mübahisələrə səbəb olub. O, Cude Bellinqhem, Kilian Mbappe və Aurelien Tşouameni kimi ulduz oyunçuları "Albacete"yə qarşı səfər oyununda ehtiyatda saxlayıb.